E-Bİke

ENERJİYƏ QƏNAƏT EDƏRƏK DAHA UZUN YOL QƏT ET

  • İSBATLANMIŞ UYĞUNLUQ
  • Musiqidə səs, velosipeddə “Shimano”. Sizin elektron velosipedi “Shimano”dan daha yaxşı nə çalışdıra bilər?
  • TƏBİİ SEÇİM
  • “Shimano” bütün dünyada velosiped istehsalçılarının etimad göstərdiyi tərəfdaşdır. Bu, sizin elektron velospiediniz üçün təbii seçiminizdir.
  • MÜKƏMMƏL AHƏNG
  • “Shimano” qrupuna aid bütün sistemlər kimi, “STEPS” sistemi “Shimano” velospied komponentləri ilə əla ahəngdarlıq təşkil edir.


AĞILLI, SƏSSİZ VƏ ASAN İSTİFADƏ OLUNA BİLƏN ELEKTRON VELOSİPED SİSTEMİ
Hər kəsin tələbinə cavab verən, yüksək performans və etibarlılıq nümayiş etdirən komponentlər sistemi. Məsələnin məğzi məhz bundadır. “SHIMANO STEPS” sistemi ilə siz sərhədləri aşacaq və özünüzü enerjili hiss edəcəksiniz. İstər işə və ya məktəbə gedərkən tıxacda qalmamaq, istərsə də, sağlam bir gəzinti və ya işlərini yerinə yetirmək olsun, “SHIMANO STEPS” sizi hər yerə rahat və həyəcansız çatdıracaq.

TAM AVTOMATLAŞDIRILMIŞ SÜRƏT DƏYİŞMƏ

Siz bizim DU-E6001 və ya DU-6010 SHİMANO STEPS sürət qutusu ilə Di2 daxili sürət vtulkasını kombinə edərək, tam avtomatlaşdırılmış sürət dəyişməsindən istifadə edə bilərsiniz. Kadensiya və sürətə əsaslanan “SHIMANO STEPS” sistemi avtomatik olaraq Di2 vtulkasına hansı sürətə dəyişməli olduğu barədə məlumat ötürür. Beləliklə, siz pedalları fırladarkən sürət qutusu düşünür və zəncirin təzyiqini müvəqqəti olaraq azaldır ki, vtulka düzgün sürəti seçə bilsin. Sadə ingiliscədə bu daha rəvan bir sürmə təcrübəsidir, çünki siz düzgün sürəti seçib-seçmədiyinizi müəyyən etmək üçün tər tökməyəcəksiniz. Əgər siz sürəti rahatlıqla dəyişə bilən biri deyilsinizsə və ya qəfil dayanmalı olsanız, sürətin avtomatik dəyişməsi funksiyasının nə qədər mükəmməl bir şey olduğuna şahid olacaqsınız. “SHIMANO STEPS” sistemi svetoforda dayandığınız zaman sürəti azaldacaq və yaşıl işıq yandığında asanlıqla yola davam etmək üçün sizə əlavə təkan verir.

BATAREYA + BATAREYANIN YERLƏŞDİRİLMƏSİYüksək keyfiyyətli, uzunmüddətli litium-ion batareya bloku

  • Arxa daşıyıcı (2,550 g) və ya aşağı boruya (2,660 g) birləşdirilməsi mümkündür.
  • Yüksək 418 Wh tutum (36V, 11.6 Ah)
  • Əhəmiyyətli dərəcədə güc sərfiyyatı olmadan 1000 dəfə enerji toplama dövrü

SÜRƏT QUTUSU

Əsas məsələ – yüngül, yığcam, rəvan və səssiz sürət qutusu

  • Çəkisi 3.2 kq – bazardakı ən yüngül sürət qutularından biridir.
  • Ağıllı güc yardımı funksiyası özünü rahat və təbii hiss etməyə imkan verir.
  • Yerimə yardımı funksiyası velosipedlə yeriyərkən əlavə dəstək verir.
  • Start funksiyası ilə (yalnız Di2) sizin e-velosiped dayandığınız anda avtomatik olaraq aşağı sürətə keçir və asanlıqla yeni starta hazır olur.
  • İndi ayaq əyləci funksiyası da mövcuddur (DU-E6010)
  • KRANK QOL / ZƏNCİR HALQASI

      “Shimano”nun təsdiqlənmiş texniki xüsusiyyətlərindən istifadə etməklə, yüngül, cilalı və müasir görünüş

    • Ayaqları qorumaq üçün zəncir örtüyü – şalvar klipslərinə ehtiyac yoxdur!
    • 38 və ya 44 dişli zəncir halqalarının seçilməsi
    • Krank uzunluğu 170 və ya 175 mm

    AÇAR

    Erqonomik dizayn və həssas quruluş sayəsində sadə idarəetmə
  • Rahat açıb bağlama
  • Etibarlı dizayn və həssas quruluş
  • Güc yardımı funksiyası üçün açar və Di2 sürətlərrini idarə etmək üçün əlavə açar kimi istifadə edilə bilmə
  • Yeriməyə yardım, işıqlar və tam avtomatik sürət dəyişmə funksiyalarının aktivasiyası (2016-cı ildən başlayaraq tam avtomatik)
  • VELOSİPED KOMPÜTERİ

    Yığcam şəkildə dizayn olunmuş kompüter
  • Rahatlıqla oxuna bilən yüksək kontrastlı displeydən ibarət yeni kompüter
  • Standart velosiped kompüteri funksiyaları
  • Sürət /məsafə /batareya göstəricisi
  • Müxtəlif birləşdirmə variantları
  • İşə salma və işığın yandırılması/söndürülməsi
  • Cari kronşteynə uyğun

  • ENERJİ TOPLAMA PORTU* YENİ

  • Enerji toplama portu velosipedə elə yerləşdirilmişdir ki, sürücülər onu çıxarmağa ehtiyac duymadan batareyanı qidalandıra bilsinlər.
  • Batareyanın qoyulması
  • Enerji toplama ştepseli
  • Enerji toplama konnektoru
  • BT-E6000 / BM-E6000 üçün nümunə
  • Yeni enerji toplama qurğusu (EC-E6000) enerjinin toplanmasına sərf olunan vaxtı azaldır – 2 saat ərzində 80%, 100% və 4 saat
  • Həmçinin BT-E6010 / BM-E6010 üçün də uyğundur.

  • E-VELOSİPED ZƏNCİRİ

  • 9/10 sürət
  • İxtisaslaşmış e-velosiped zənciri
  • SIL-TEC səth örtüyü
  • CN-HG701-11 11-sürət üçün