Tarİxİmİz

Tariximiz

İsmayıllı Velosiped Zavodu 2016-cı il avqust ayının 10-da fəaliyyətə başlamışdır. Zavodun açılışında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir. Zavodun əsas fəaliyyət sahələri velosipedlərin və əlil arabalarının istehsalıdır. Hazırda zavodda 30 nəfər isçi çalışır və onlar əsasən İsmayıllı rayonundan olan gənclərdir. Yaxın iki il ərzində işçi sayının 100 nəfərə çatdırılacağı planlaşdırılır. Zavod açılarkən 3 əsas modeldə velosiped istehsal etmiş və cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərərək modellərin sayı 50-ə çatdırılmışdır.

Cari ilin İyul ayında yeni modellərin ictimai təqdimatı keçirilmişdir, hazır məhsulların satışına başlanılmışdır. Zavodda əymə və qaynaq dəzgahları, istehsal və yığım xətləri, konveyerlər və rəngləmə kameraları mövcuddur. İstifadə olunan avadanlıqlar Avropanın aparıcı şirkətlərinindir və burada istehsal olunan velosipedlər Avropa standartlarına tam uyğundur.


Zavodun ümumi istehsal ərazisi 2200 kv.metrdir və aşağıdaki sahələrdən ibarətdir: - Velosiped təkərlərinin istehsalı sahəsi - Rəngləmə sahəsi - Anbar və təchizat sahələri - Ofis  

Zavodun istehsal gücü layihə üzrə30 min ədəd velosiped istehsalıdır. Daha keyfiyyətli velosipedlər istehsal edən “İsma Bike” 2017-ci il ərzində azı 30 000 ədəd velosiped istehsal etməklə əvvəlcə bazarda mövqeyini möhkəmlətməyi, 2018-ci ildən isə istehsal gücünü 2 dəfə artırmağı və əlil arbalarının da istehsalına başlamağı planlaşdırır.

İSMA BİKE istehsalı olan velosipedlər yüksək keyfiyyətlə hazırlanır, bütün detalları uzunömürlüdür və daha uzun müddət istismar edilə biləcəkdir. İstehsalatda istifadə olunan ehtiyyat hissələri Yaponiya, Tayvan, Malaziya və Almaniyadan gətirlir. SHIMANO, JOYTECH, Scwalbe, Continental, SUNTOUR kimi ehtiyyat hissələri İSMA velosipedlərinin ayrılmaz tərkib hissələrinə çevrilmişdir.